Duration 1:28

“Eshq, olum ve zefer” @Kanal-S

508 watched
0
16
Published 20 Jan 2022

Abone OL: https://goo.gl/W99fFm Copyright © ARB Şəki Sayt: https://goo.gl/NfKDu5 Facebook: https://goo.gl/XVhVzG Şəkidə M.F.Axundov adına Mədəniyyət mərkəzində fəaliyyət göstərən "Şəki Xalq teatrı" müstəqillik tarixinin şanlı səhifəsi olan Qanlı 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Eşq, ölüm və zəfər” adlı bədii kompozisiya nümayiş etdirib. Həvəskar aktyorların rol aldığı tamaşanın izləyiciləri şəhər ictimaiyyəti, eləcə də hərbiçilər olub. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin xronologiyası, dinc əhaliyə qarşı törədilən misli görünməmiş qətliamı əks etdirən qısa videoçarx nümayiş olunub. Ardından vətənə sevgini canından, sevdiklərindən üstün tutan şəhidlərimizin yazdığı dastanlardan biri İlham və Fərizənin qəhrəmanlıq dolu əbədi sevgi dastanından bəhs edən tamaşa nümayiş olunub. Tamaşada "dünyanı sevgi xilas edəcək" fikri əsas götürülüb və sevginin hər şeydən üstün olduğu göstərilməyə çalışılıb. Təsirli məqamlarla dolu olan kompozisiya tamaşaçıları duyğulandırıb. #KanalS #20yanvarfaciəsi

Category

Show more

Comments - 1