Duration 6:46

Qız uşaqları olan valideyinlər bu videoya mütləq baxsın - Uşaqlıq kistaları

6 189 watched
0
211
Published 9 Dec 2021

Qız uşaqları olan valideyinlər bu videoya mütləq baxsın! - Uşaqlıq kistaları Bu video qız uşağıolan valideyinlər üçündür. Təbii ki, qız uşağı bir neymətdir. Gələcəyin anasıdır. Ona görə də qızlarımızı düzgün tərbiyyə etməyimiz kimi, sağlamlıqlrı ilə də ciddi maraqlanmağımız vacibdir. Bu gün qız uşaqlarında rast gəlinən uşaqlıq kistaları məlumat verəcəyik. Müsahibimiz Uşaq cərrahı Toğrul Ömərovdur. Yumurtalıqların kistoz törəmələri hər bir yaşda, hətta yenidoğulmuş qız uşaqlarında da əmələ gələ bilər. Uşaq Cərrahı Toğrul Ömərov qız uşaqlarını erkən yaşlarda müayinə edərək belə bir halın olub olmadığını müəyən etməyin vacib olduğunu qeyd edir. Yumurtalıq kistaları girdə formalı, maye tərkibli, xoşxassəli törəmələr olub, yumurtalıq toxumasında və ya onun bilavasitə yaxınlığında yerləşir. Əsl şişlərdən fərqli olaraq onların hüceyrələri bölünüb çoxalmır. Bu törəmələrin ölçüsü onların möhtəviyyatı hesabına artır. Mənşəyindən asılı olaraq yumurtalıq kistalarının aşağıdakı növləri ayırd edilir: follikulyar, follikullardan inkişaf edir və 73% halda rast gəlinir; sarı cisim kistası, 5% halda rast gəlinir; endometrioid, anomal yerləşmiş uşaqlığın endometrial hüceyrələrindən inkişaf edir və pasientlərin 10%-ində rast gəlinir; paraovarial, yumurtalıqətrafı toxumalardan inkişaf edir və 10% halda rast gəlinir; tekalütein – nadir rast gəlinir (2% halda), atrofiya olunmuş follikullardan inkişaf edir; dermoid – nadir rast gəlinən anadangəlmə kistalardı. Yumurtalıqların kistoz törəmələri hər bir yaşda, hətta yenidoğulmuş qız uşaqlarında da əmələ gələ bilər. Adətən onlar orta yaşlı qadınlarda rast gəlinir. Klimaksda olan hər 100 qadından 15-ində onlar müşahidə olunur. Patologiyanın yaranma səbəbləri Yumurtalıq kistlərinin əsas yaranma səbəbi kiçik çanaq orqanlarında durğunluq hiperemiyası, yəni onlarda qanın yığılması nəticəsində qandövranının pozulmasıdır. Belə vəziyyət iltihabi proseslərdə, hormonal requlyasiyanın pozulmasında və s. baş verir. Xəstəliyin əsas risk amilləri bunlardı: ilk menstruasiyanın 12 yaşa qədər başlaması; çoxsaylı abortlar; qalxanvari vəzin funksiyalarının zəifləməsi; qeyri-requlyar menstruasiya; kuşinqoid tipli piylənmə, yəni piyin əsasən bədənin yuxarı yarısında toplanması; Tamoksifen qəbulu.

Category

Show more

Comments - 15